Qəddafini qadınlar qoruyacaq - FOTO
30 iyun 2011 21:17 (UTC +04:00)

Qəddafini qadınlar qoruyacaq - FOTO

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, paytaxt Tripoli yaxınlığındakı Bani Valid qəsəbəsindəki düşərgədə 500-ə qədər qadına silahdan istifadə ilə bağlı təlim keçirilib.
Qadınların avtomatik silahlardan və qumbaraatanlardan istifadə ilə bağlı təlimlərinin başa çatması münasibəti ilə mərasim təşkil olunub. Hökumət rəsmiləri ilə xarici ölkə jurnalistlərinin də dəvət olunduğu mərasimdə qadınlar silahlardan istifadə bacarıqlarını nümayiş etdiriblər. Mərasim boyunca əllərində silah və bayraqlar olan qadınlar Liviya prezidenti Müəmmər Qəddafi lehinə şüarlar səsləndiriblər.

Hər yaşda qadının olduğu mərasimdə iştirak edənlər arasında 14 yaşlı Fatima Hassan da olub. O, xarici jurnalistlərə açıqlamasında deyib ki, Müəmmər Qəddafini sevir və ölkələrini azad görmək istəyirlər: “Mənim nənəm Müəmmər Qəddafidən əvvəl yeməyə çörək belə tapmadıqlarını söyləyir. Müəmmər Qəddafi bizə azadlıq və yemək gətirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar