Misir yenə qaynayır
30 iyun 2011 11:58 (UTC +04:00)

Misir yenə qaynayır

Misirin paytaxtı Qahirənin Təhrir meydanında dünəndən başlayaraq aksiya iştirakçıları və polis arasında baş verən qarşıdurma zamanı 1036 nəfər yaralanıb. Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralananların 40 nəfər polis əməkdaşlarıdır. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub.

Qeyd edək ki, aksiya iştirakçıları bu ilin yanvarında keçirilən aksiyalar zamanı 800 nəfərin ölümündə günahkar saydıqları Misir kəşfiyyat xidmətinin keçmiş rəhbərinin məhkəməyə çıxarılaraq cəzalandırılmasını tələb edirlər. Aksiya zamanı Misirdə hazırda hakimiyyəti idarə edən hərbi rəhbərliyin, o cümlədən Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tantavinin istefası da tələb olunub.

Baş nazir Essam Şaraf deyib ki, o, konfliktin dərinləşməməsi üçün polisə Təhrir meydanını təmizləmək barədə göstəriş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar