Səudiyyə Ərəbistanından NATO-ya atom silahı xəbərdarlığı
Səudiyyə Ərəbistanı İran nüvə silahı yaradarsa, özünün də nüvə silahı əldə etməyə çalışacağı barədə NATO-ya xəbərdarlıq edib. Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinin keçmiş rəhbəri və ABŞ-dakı sabiq səfiri şahzadə Turki əl-Feysal bu xəbərdarlığı Böyük Britaniyanın “Molesworth” hərbi bazasında NATO hərbi dairələrinin təmsilçiləri ilə görüşdə səsləndirib.
Şahzadə deyib ki, əgər İran nüvə silahı yaradarsa, Səudiyyə Ərəbistanı nəticələrini proqnozlaşdırmaq mümkün olmayan dramatik siyasət yürütmək məcburiyyətində qalacaq: “Biz İranın nüvə silahına malik olacağı, bizim isə nüvə silahımız olmayacağı bir situasiyada yaşaya bilmərik”.
NATO təmsilçiləri ilə görüşdə Turki əl-Feysal İranı ərəb dünyasındakı inqilablardan öz təsirini yaymaq üçün istifadə etməyə cəhd göstərməkdə də günahlandırıb.

774