İran XİN sözçüsü: “Türklər Qərbin oyunlarında iştirak etməyəcək qədər ağıllıdır”
29 iyun 2011 18:17 (UTC +04:00)

İran XİN sözçüsü: “Türklər Qərbin oyunlarında iştirak etməyəcək qədər ağıllıdır”

Lent.az-ın “panarmenian.net”ə istinadla xəbərinə görə, İran xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, belə xəbərlər qərb mediası tərəfindən qarışıqlıq yaratmaq üçün məqsədli şəkildə yayılır.

O deyib ki, İranın Türkiyə ilə münasibətləri çox yaxşıdır və bu ölkədəki NATO qüvvələri ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur: “NATO Əfqanıstanda bir çox problemlə qarşı-qarşıyaykən yeni bir oyuna girməz. Türk rəsmiləri Qərb tərəfindən hazırlanan bu cür oyunlarda iştirak etməyəcək qədər ağıllıdır”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401

Oxşar yazılar