İsrail Əsədi ölümlə hədələyib
Lent.az-ın “The Jerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, iki ölkə arasında diplomatik münasibətlər olmadığı üçün məktub Türkiyə tərəfinin vasitəçiliyi ilə göndərilib.
Məktubda Bəşər Əsədə xəbərdarlıq edilib ki, əgər İsrailə qarşı döyüş əməliyyatları başlayarsa, İsrail cavab zərbəsi ilə məhz onu - Suriya prezidentini məhv edəcək. Qəzet yazır ki, İsrail Suriya ordusunun sərhəddə fəallığını artırması, xüsusən “Yer-yer” tipli raketlərinin yerinin dəyişdirilməsi ilə bağlı kəşfiyyat məlumatlarından sonra Bəşər Əsədə belə bir məktub göndərməyə qərar verib.
İsrail ehtiyat edir ki, Bəşər Əsəd rejimi əhalinin hökumətə etirazlarının qarşısını almaq və dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün müharibəyə başlaya bilər. İsrailin keçmiş müdafiə naziri Şaul Movaz da istisna etmir ki, fələstinlilər 2011-ci ilin sentyabrında birtərəfli qaydada müstəqilliklərini elan edərlərsə, Yaxın Şərqdə yeni müharibə başlaya bilər.

531