Hindistanda körpə qızları əməliyyatla qızı oğlan edirlər
29 iyun 2011 22:13 (UTC +04:00)

Hindistanda körpə qızları əməliyyatla qızı oğlan edirlər

Lent.az-ın “Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, oğlan uşağı istəyən ailələr qız uşaqlarını kiçik yaşda əməliyyat etdirmək istəyir və bunun üçün 3 min dollara qədər vəsait ödəyirlər. Məsələnin üstü bu cür əməliyyat keçirmiş uşaqlarla bağlı məlumatların mətbuatda yer alması ilə açılıb. Həmin həkimlər iddia edirlər ki, əməliyyat keçirdikləri qızların cinsiyyət orqanlarında problem olub, onların həm kişi, həm də qadın cinsiyyət orqanı olub. Həkimlər də tibbi müdaxilə edərək problemləri yoluna qoyublar.

Bədəndə “Genitoplasti” adlanan hissədə estetik əməliyyat keçirildikdən sonra qız uşaqlarına kişi hormonları verilir. Hindistan Pediatrlar Akademiyasının rəhbəri professor V.P.Gosvami deyib ki, bu cür əməliyyatlar uşaqları yetkin yaşa çatanda sonsuz olmaq təhlükəsi ilə üzləşdirir.
Qeyd edək ki, Hindistanda ailələr oğlan uşaqlarına üstünlük verir, çox vaxt ana bətnindəki körpənin qız olduğunu biləndə onun dünyaya gəlməsinin qarşısını alırlar. Bunun nəticəsindədir ki, hazırda Hindistanda oğlan uşaqlarının sayı qızlarla müqayisədə 7 milyon nəfər çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263

Oxşar yazılar