Afinada küçə döyüşü gedir
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, dünən səhər saatlarından başlayaraq, paytaxt Afinada hökumətin iqtisadi proqramına etiraz edən aksiyaçılarla polis arasında qarşıdurma başlayıb və qarşıdurma hələ də davam edir.
Parlament binasının olduğu Sindaqma Meydanında baş verən olaylar zamanı ətrafdakı bina, otel, bank və mağazalara hücum çəkən, bir telekommunikasiya şirkətinə məxsus avtomobili yandıran, polisə daş, partlayıcı maddə atan üzü maskalı şəxsləri polis gözyaşardıcı qaz ilə dağıtmağa çalışır. Kimyəvi maddələrin bulud kimi büründüyü şəhərin mərkəzində nəfəs almaq çətinləşib.
Anarxist qruplar Sindaqma meydanı ətrafındakı yollarda zibil qablarını yandıraraq, barrikadalar qurur. İndiyə qədər saxlanılanların sayı barədə məlumat verilməsə də, 4 aksiyaçı və 3 polisin yaralandığı bildirilib. Aksiyaların qarşısını almaq üçün küçələrə 4 mindən çox polis əməkdaşı çıxarılıb.

566