Rusiya Belorusa elektrik enerjisinin ixracını tam dayandırdı
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, “İnter RAO” şirkətinin yaydığı məlumatda bildirilir ki, iyunun 28-də saat 22:00-a qədər Belorus tərəfi 600 milyon rublu ödəməyib.
Şirkət borcun yaxın günlərdə ödəniləcəyini gözləyir.
Qeyd edək ki, Rusiya tərəfi 1,5 milyard rubl borca görə Belorusa enerji ixracını hələ iyunun 9-da məhdudlaşdırıb. 600 milyon rubl iyunun 29-a qədər ödənməli idi. Belorus isə hazırda ciddi maliyyə böhranı yaşayır və böyük həcmdə kreditlərə ehtiyacı var.

617