Liviya ən çox müqavimət göstərən müsəlman dövləti oldu
NATO-nun Liviya lideri Müəmmar Qəddafinin qüvvələrinə qarşı başladığı hərbi əməliyyatların 100 günü tamam oldu. Lent.az-ın məlumatına görə, ilk olaraq İngiltərə və Almaniya ilə birgə hərbi əməliyyatlara qatılan ABŞ təyyarələrini Liviyadan geri çəkib. Hazırda əməliyyatlar İtaliya və Fransanın rəhbərlik etdiyi NATO ölkələrindən ibarət qrup tərəfindən aparılır.
Ümumilikdə 100 gün ərzində İngiltərə və Fransa Hava Qüvvələrinin döyüş təyyarələri 5 min döyüş uçuşu həyata keçirib. Nəticədə minlərlə dinc liviyalı həlak olub. Qəddafi isə nəinki müqavimət göstərməyə davam edir, eyni zamanda müttəfiqlərə meydan oxuyur.
Müqayisə üçün bildirək ki, Liviya bu günə qədərki dirənişi ilə müsəlman ölkələri arasında son 60 ildə NATO və ABŞ müdaxiləsinə ən çox davam gətirən, eləcə də qarşı tərəfi ağır itkilərə uğratmış yeganə dövlət hesab oluna bilər.
Liviya əməliyyatları dünyanın ən böyük hərbi bloku olan NATO-nu da müşkülə salıb. Uzaq Liviya çöllərini ən müasir təyyarələrlə bombalayan, peyklə izləyən Avropa dövlətləri artıq hərbi sursat sıxıntısı ilə də üzləşib. Birləşib Liviyaya müharibə edən Avropa ölkələri bir birlərinə yardım etməməklə yanaşı sursat sıxıntısı ilə də üzləşdiklərini bəyan edirlər. Təkcə İngiltərə bu əməliyyatlara 140 milyon funt-sterlinq xərcləyib.
İyunun 12-də Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısında ABŞ-ın sabiq müdafiə naziri Robert Qeyts Avropadan olan müttəfiqlərinin bacarıqsızlığını «Tarixin ən böyük hərbi ittifaqı əhalisi az olan bir ölkənin köhnə silahlı bir rejiminə qarşı 11 həftədir əməliyyat həyata keçirir. Ancaq yenə də bir çox müttəfiqlərimiz arsenalın tükənməsini əsas gətirərək ABŞ-dan yardım istəyir», - deyərək tənqid edib.
Xatırladaq ki, bundan əvvəl, 1956-cı ildə baş vermiş Süveyş böhranında İngiltərə, Fransa və İsrail birliyi Misirə hücum edib. Camal Əbdül Nasirin Süveyş kanalını milliləşdirməsinə qarşı 1956-cı il oktyabrın 24-də müttəfiqlər Misirə hücum edib. On iki gün sonra – noyabrın 5-də Süveyş bölgəsini müttəfiqlər işğal edib. O zaman Sovetlər birliyinin Paris və Londona atom bombası atacağı hədəsindən sonra müttəfiqlər geri çəkilib.
2001-ci ildə isə ABŞ və müttəfiq qüvvələri Əfqanıstana hücum edib. Oktyabrın 7-də başlanmış hücumdan 36 gün sonra – noyabrın 12-də Kabil şəhəri təslim olub və Əfqanıstanda hökumət dəyişib.
2003-cü ildə ABŞ komandasında müttəfiq qüvvələri İraqa müdaxilə edib. Martın 19-da başlamış hərbi əməliyyat 42 gün davam edib və Səddam Hüseyn rejiminin yıxılması və Bağdadın işğalı ilə nəticələnib.
Bütün hallarda hər iki ölkədə qarışıqlıq baş verib və kiçik miqyaslı hərbi əməliyyatlar, basqınlar, terror hadisələri hələ də davam etməkdədir.
Rəşad

529