Jirnovski: “Rus turistlərin Türkiyəyə getməsi qadağan edilməlidir”
Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, Vladimir Jirnovski bu halda rusların Türkiyədə ölümü ilə bağlı növbəti bədbəxt hadisələrdən yayınmağın mümkün olacağını söyləyib.
Dövlət Dumasındakı liberal-demokrat fraksiyası Rusiyalı turistlərin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi barədə qanun layihəsini təqdim edib. Az əvvəl rusiyalı turistlərin Türkiyədə spirtli içkilərdən zəhərlənərək həyatlarını itirdiyini dilə gətirən Vladimir Jirnovski deyib ki, təkcə keçən il 788 rus turist qəzalar və dənizdə çimən zaman ölüb: “Bu il də eyni statistikadır. Üstəlik, zəhərlənənlər var! Türklərin həyasızlığı isə davam edir. Artıq bəsdir! Onlar bizim turistlərin pullarını alır, ancaq təhlükəsizliyini təmin etmirlər. Bu, artıq illərdir ki, davam edir. Biz Türkiyəyə getməyi dayandıraq, o saat təhlükəsizliklə bağlı hər şey edəcəklər. Çünki hər il bizdən 3 milyard dollar alırlar. Bu, onlar üçün böyük vəsaitdir”.
Vladimir Jirnovski iddia edib ki, rusların Türkiyəyə gedişi qadağan olunandan 2 həftə sonra türklər dizi üstə yalvaracaqlar: “Hər yerdə türk polisi olacaq, bir qəza baş verməyəcək. Heç kim zəhərlənməyəcək! Çünki rusların Türkiyəyə getməməsi onların iqtisadiyyatına böyük zərbədir”.
Vladimir Jirnovski Türkiyə ilə bərabər, rusların Misir, Tailand, Vyetnam və Dominikana da getmələrinə qadağa qoyulmasını istəyir. Onun sözlərinə görə, bu ölkələrdə rus turistlər daha çox ölür və daim şikayətlər daxil olur.

616