İran “Ulu Peyğəmbər - 6” adlı hərbi təlimlərə başlayıb
Lent.az-ın İRNA-ya istinadən məlumatına görə, qvardiya komandanı Amiəl Nacizadə deyib ki, təlimə “Ulu Peyğəmbər-6” adı verilib.
Onun sözlərinə görə, manevr zamanı “Xəlici-Fars”, “Secil”, “Fateh”, “Riam”, eləcə də “Şahab-1”, “Şahab-2” kimi raketlərdən istifadə olunacaq. General bu hərbi təlimin “bölgə dövlətlərinə dostluq və barış ismarıcı” olduğunu söyləyib.
Ötən ilin yazında “Ulu Peyğəmbər-5” adı altında keçirilmiş təlimdə qvardiya “Nur”, “Nəsr” tipli raketləri sınaqdan çıxarmışdı. Cari ilin mayında isə İslam Respublikası yeni “yer-yer” tipli “Kiam-1” raketini silahlı qüvvələrin ehtiyatına verib. Hakimiyyət iddia edir ki, bu raket öz istehsallarıdır və onun sınağı ötən ilin avqustunda başa çatıb.
Bir yandan çeşidli məqsədlə hərbi manevrlər keçirən, o biri yandan atom-nüvə proqramını dayandırmayan Tehran hakimiyyətinin davranışı da beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanır. Hələlik bu etirazlar sanksiya tətbiqi ilə sonuclanmaqdadır.
Sədrəddin Soltan

1508