“Dəmir Ledi”nin “sehirli silahı” 25 min funt sterlinqə satıldı
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Marqaret Tetçerin baş nazir olduğu dönəmdə onun idarəetmə üsulunun simvolu sayılan çanta Londondakı “Christies” auksionunda 25 min funt sterlinqə satılıb.
Marqaret Tetçer özü “Asprey” firmasının istehsalı olan bu sevimli çantasını auksiona hədiyyə edib. Sabiq baş nazir 1980-ci illərdə hökumət iclaslarında və xarici ölkələrə səfərləri zamanı bu çantanı həmişə özü ilə götürüb. 1985-1990-cı illərdə Marqaret Tetçerin hökumətində vəzifə tutmuş Lord Kennet Beyker bu çantanı baş nazirin “sehirli silahı” adlandırıb.

468