Dünya tarixində ilk dəfə soyqırıma görə bir qadın məhkum edilib
26 iyun 2011 15:03 (UTC +04:00)

Dünya tarixində ilk dəfə soyqırıma görə bir qadın məhkum edilib

Lent.a-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Tanzaniyada keçirilən məhkəmə Ruandanın ailə və qadın məsələləri üzrə keçmiş naziri Polin Nyiramasuhuko və onun keçmiş polis olan oğlunun 1994-cü ildə Tutsi qəbiləsinə məxsus yüzlərlə insanın qaçırılması, təcavüz və qətliamlara məruz qoyulmasına görə məsuliyyət daşıdığına qərar verib.

Beləliklə, 65 yaşlı keçmiş nazir dünyada soyqırım cinayətinə görə barəsində hökm çıxan ilk qadın olaraq tarixə düşüb. Ruandadakı qətliamlarda 500 min tutsi və hutu öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar