NATO rəsmisi: “Hədəfimiz Qəddafini öldürməkdir”
26 iyun 2011 13:55 (UTC +04:00)

NATO rəsmisi: “Hədəfimiz Qəddafini öldürməkdir”

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Semyuel Loklir bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələrlə iş üzrə komitəsinin üzvü Mayk Ternerlə söhbət zamanı dilə gətirib.

Semyuel Loklir bildirib ki, NATO rəhbərliyi ictimaiyyət üçün hesablanan bəyanatlarında Müəmmər Qəddafini öldürmək planının olmadığını bəyan etsə də, hər şey əksinədir. Mayk Terner qeyd edib ki, Semyuel Loklironunla söhbətdə NATO-nun əsas məqsədinin məhz bu olduğunu vurğulayıb: “Admiral dedi ki, Müəmmər Qəddafinin öldürülməsindən dərhal sonra “Liviyada sabitliyi bərqərar etmək üçün NATO-nun quru qoşunları bu ölkəyə yeridiləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar