Hillari Klinton: “Suriya Türkiyə ilə sərhəddəki əsgərlərini geri çəkməlidir”
ABŞ dövlət katibi Hillari Klinton Suriyanın Türkiyə sərhədi yaxınlığına əsgər toplamasından narahat olduqlarını bildirib.
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Hillari Klinton deyib ki, Suriya Türkiyə ilə sərhəddəki əsgərlərini geri çəkməlidir.
O, bu əsgərlərin bölgədəki mövcudluğunun ağır vəziyyəti daha da ağırlaşdıracağını, bir sərhəd toqquşması təhlükəsi yaratdığını deyib. Bölgədəki vəziyyəti olduqca təhlükəli gördüklərini və narahat olduqlarını dilə gətirən Hillari Klinton Türkiyə rəsmiləri ilə vəziyyəti müzakirə etdiklərini vurğulayıb.

450