Türkiyə-Suriya sərhədlərinə tanklar yeridilir
24 iyun 2011 13:05 (UTC +04:00)

Türkiyə-Suriya sərhədlərinə tanklar yeridilir

Türkiyə-Suriya sərhədlərində gərginlik yaşanmağa başlayıb. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, dünən 600 suriyalı qaçqın sərhədi keçərək Türkiyə gəlib.


Suriya ordusunun əsgərləri Türkiyənin Harapcöz kəndindən bir qədər kənarda, sərhəddən 700 metr uzaqlıqda mövqe tutublar. Əsgərlər bir neçə gün əvvəl suriyalı qaçqınlar tərəfindən meşədəki gözətçi qülləsinə taxılmış Türkiyə bayrağını endirib, yerinə Suriya bayrağı sancıblar. İki ölkənin sərhədi yaxınlığında Suriya ordusunun ağır texnikası yerləşdirilib, hərbi vertolyotlar uçmağa başlayıb. Suriya ordusunun sərhədə yaxınlaşması ilə əlaqədar Türkiyə ordusu da hərəkətə keçib və sərhədə ordu bölmələri yerləşdirilir.


Bu arada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu suriyalı həmkarı Velid Muallimin bir gün öncə Ankaranın Dəməşqə qarşı sərgilədiyi sərt münasibətinə yenidən baxması, bu münasibəti dəyişməsi gərəkdiyi barədə bəyanatına reaksiya verib. Əhməd Davudoğlu Velid Muallimə zəng edib, telefon danışığında iki ölkə münasibətləri, son durum müzakirə olunub. Suriya xarici işlər nazirinin bəyanatı ilə bağlı bu ölkənin Türkiyədəki səfiri də Türkiyə xarici İşlər Nazirliyinə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar