İran neftə görə Səudiyyə Ərəbistanını qınayır
28 fevral 2011 17:53 (UTC +04:00)

İran neftə görə Səudiyyə Ərəbistanını qınayır

Dünya neftinin böyük bir hissəsini ixrac edən Səudiyyə Ərəbistanı «qara qızıl»ın hasilatını və bazara çıxarılan həcmini artırıb.

Tehran hakimiyyəti isə səudilərin bu addımını «tələsik qərar» kimi dəyərləndirib.

«İRNA»-nın məlumatına əsasən, OPEK-ə cari ildən sədrlik edən İranın neft naziri Məsud Mirkazımi məsələyə belə münasibət bildirib: «Neft ixrac edən dövlətlərin hasilatı artırmasına elə bir ehtiyac yoxdur».

Onun sözlərinə görə, Liviyada tədarük olunan «qara qızıl» azaldığından, Səudiyyə Ərəbistanı istehsalı artırıb. Neft naziri Ər-Riyadı birtərəfli qaydada qəbul etdiyi bu qərardan əl çəkməyə çağırıb.

«Hazırda dünyanın bazarında neft qıtlığı müşahidə edilmir. Əksinə, neft və neft məhsullarının ehtiyatı son 5 ildə ən yüksək həddədir» - deyən OPEK sədri, qurumun fövqəladə iclasının çağırılması haqda hələlik qərarın olmadığını da bildirib.

Xatırladaq ki, bir müddət öncə, neft nazirinin müavini Əhməd Qalibaf bəyan etmişdi ki, dünya bazarında neftin bahalaşmasına baxmayaraq, İran OPEK-in onun üçün ayrılmış kvotaya əməl edir və ixracatı artırmır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar