Yunanıstan parlamentində 2 türk millət vəkili
Qərbi Trakyada baş nazirin partiyasına səs verilməyib
Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn PASOK Partiyasının 2 türk əsilli namizədi millət vəkili adını qazanıb.
Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi xəbərə görə, Gümülcinedən Əhməd Hacıosman, İskeçedən Çetin Mandaçı 300 üzvü olan Yunanıstan parlamentinə düşməyi bacarıblar.
Türklərin yaşadıqları Qərbi Trakyada baş nazir Kostas Karamanlisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası dəstək qazanmayıb.
Artıq hökuməti təşkil edəcək bir partiyanın deputatları olacaqlarını deyən Əhməd Hacıosman Qərbi Trakyadakı türklərin problemlərinin həlli üçün çalışacaqlarını bildirib.

Oxşar yazılar

Ölkənin ən gözəl qızı toyu ərəfəsində öldü
7 iyun 2025 , 19:25
Əfqanıstan mediasında canlıların təsviri qadağan olundu
7 iyun 2025 , 11:03
Dünyanın ən hündür dəmiryolu körpüsü açıldı
7 iyun 2025 , 10:05
94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU
7 iyun 2025 , 09:25
Astronomlar Böyük Partlayışdan sonrakı ən güclü partlayışları aşkarladılar
7 iyun 2025 , 08:08
İsrail Qəzzanı VURDU: 12 ölü, 40-dan çox yaralı var
7 iyun 2025 , 06:25
Britaniyalı rəssamın itmiş tablosu 150 ildən sonra tapıldı
7 iyun 2025 , 04:52