Amerikalı generaldan şok etiraf
02 oktyabr 2009 10:00 (UTC +04:00)

Amerikalı generaldan şok etiraf

“Əfqanıstanda üsyan böyüyür, hərbi uğura zəmanət verilə bilməz”

Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı, amerikalı general Stanley McChrystal Londonda keçirilən bir toplantıda Əfqanıstanda üsyanın miqyasının böyüdüyünü və bu ölkədə hərbi uğura zəmanət verilə bilməyəcəyini bəyanlayıb.
Lent.az-ın verdiyi məlumata görə, Böyük Britaniya mətbuatı generalın Əfqanıstandakı hazırkı durumu da orijinal bir şəkildə təsəvvür etməsinə diqqət çəkib.
Stanley McChrystal deyib ki, bu gün Əfqanıstandakı mövcud vəziyyətə baxılsa, ABŞ və NATO-nun nə uğur qazandığını, nə də uğursuzluğa düçar olduğunu birmənalı demək olmaz.
Qeyd edək ki, prezident Barak Obama Vaşinqtonun Əfqanıstana yönəlik yeni strategiyasını müəyyənləşdirmək üçün ən yüksək səviyyəli dövlət rəsmiləriylə məsləhətləşmələri davam etdirir. Barak Obama strategiya müəyyənləşməyənə qədər Əfqanıstana yeni hərbi birliklər göndərilməyəcəyini bəyanlayıb.
General McChrystal hesab edir ki, bu strategiya həm də Əfqanıstana daha çox əsgər göndərməyi nəzərdə tutmayacaqsa, böyük ehtimalla, uğursuzluq qaçılmaz olacaq. Amerika mətbuatı isə az əvvəl komandanın Əfqanıstana 40 minə qədər yeni hərbi qüvvə göndərilməsini istədiyini yazıb.
Hazırda Əfqanıstanda 60 min amerikalı hərbiçi var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713

Oxşar yazılar