Tehran hakimiyyəti də Mübarək yolu gedir
Misirdə etiraz aksiyaları başlayandan bir neçə gün sonra İslam Respublikasının parlamenti və 2009-cu ilin prezident seçkisindən sonrakı müxalifət bu ərəb ölkəsində etiraz aksiyalarını dəstəklədiklərini bəyan etdilər.
Ancaq Misir prezidenti Hüsnü Mübarəkin hakimiyyətdən əl çəkməsi uzandıqca Orta Şərqdəki dövlətlərin bəziləri, eləcə də İran rəhbərliyi narahat olmağa başlayıb.
İslam Respublikası Xarici İşlər Nazirliyinin təmsilçisi bildirib: «ABŞ Misirdəki xalq hərəkatını dayandırmazsa, onda bu hal bütövlükdə İslam dünyası, özəlliklə misirlilərdə qəzəb və nifrət yaradacaq».
İran hesab edir ki, ABŞ-ın Misirdəki keçmiş səfiri Frenk Uiznerin Qahirəyə göndərilməsi «Misir xalqının parçalanmasına və daxili siyasi gərginliyin güclənməsinə səbəb olacaq».
Tehran Universitetində keçirilən cümə namazında çıxış edən İranın ali rəhbəri ayətullah Xamneyi deyib: «Öz yüksək zirvəsinə çatmış Misirdəki olayları, Afrikanın şimalındakı insanların qəzəbini zəlzələ ilə müqayisə etmək olar. Bunun nəticəsi isə ABŞ üçün qaneedici olmayacaq. Əgər Misirdəki xalq hərəkatı uğur əldə etsə, bu, Amerikanın dağıdıcı və bərpa edilməz məğlubiyyətinə səbəb olacaq. Bu olaylardan ən çox rahatsız olan isə sionist rejimdir (İsrail dövlətini nəzərdə tutur - S.S.). Çünki bu olaylar onun üçün ciddi təhlükədir».
Nə müddətdir ki, Tehran rəsmiləri Tunis və Misirdəki olayları 1979-cu ildə baş vermiş hadisələrə bənzətməyə çalışır, bununla da həmin ölkələrdə islam yönlü qüvvələri dəstəkləyəcəklərini indidən dolayı yolla bəyan edirlər.
«Bizdə inqilab olanda Qərbdə hay-küy saldılar ki, cəmiyyətin icmalaşması ilə demokratikləşmə bir yerə sığmaz. 32 il ərzində bizdə çeşidli səviyyədə 32 dəfə seçki keçirilib. Səddamla hərbi münaqişə zamanı belə biz həmin tədbirləri bir gün belə təxirə salmadıq» - deyə, ayətullah Xamneyi söyləyib.
Ayətulla Xamneyinin haqqında danışdığı seçki və «demokratiya» keçmiş SSRİ-nin seçkilərinə və demokratiyasına çox oxşayır. Elə 2009-cu ilin yayında İranda keçirilmiş prezident seçkisini yada salmaq kifayət edər. Bu hakimiyyət özü yetişdirdiyi kadrın qələbəsini belə boğmaq üçün hərbi qüvvələrdən istifadə etdi. Mahmud Əhmədinejadın «qələbəsi»ni təsdiqləmək üçün yüzlərlə insan qanına qəltan edildi. Ona görə 2009-cu ilin yayında baş verənləri nəzərə alsaq, Misir doğrudan da İran İslam Respublikasına çox oxşayır. Çünki diktatorlar əməlləri və devrilmələri ilə biri-birinə bənzərlər. Bu baxımdan, Məhəmmədrza şah hakimiyyəti, indiki İslam Respublikası rejimi və 30 illik Hüsnü Mübarək hakimiyyəti biri-birinin bənzəridir.
Xütbəsinin davamında ayətullah Xamneyi deyib ki, Tunis, Misir və başqa müsəlman ölkələrdə baş verən «vacib hadisələr» dünyada «islamın oyanışından» xəbər verir.
32 ildir İranla Misir arasında siyasi-diplomatik əlaqə kəsilib. İranın ali rəhbəri bu mənada da Hüsnü Mübarəkə olan kinini gizlətməyərək, deyib: «Misirin namübarəki məzlum xalqını zəlil etdi».
Misirdəki Müsəlman Qardaşlar Partiyasının rəhbəri Məhəmməd Bədi Xamneyinin söylədiklərinə münasibət bildirib: «Cənab Xamneyi bilməlidir ki, Misir inqilabı islami deyil, xalq inqilabıdır. Çünki bu inqilabda, etiraz aksiyalarında müsəlman əhali ilə yanaşı, ölkənin başqa təbəqə və zümrələri, o cümlədən xristianlar da fəal iştirak edir».
Tunis və Misir olaylarında ictimai şəbəkələrin də rol oynadığı bildirilirdi. Bunun nə dərəcədə həlledici olduğunu araşdırmaq niyyətində deyilik. Ancaq Tehran hakimiyyəti 32 ildir söz və mətbuat azadlığını boğmaqla yanaşı, indi sayı 75 milyon olan İran əhalisini alternativ informasiya mənbələrindən də mərhum etməyə çalışır. Bunun üçün çanaq antenlərdən istifadəni yasaqlayır, milyonlarla dollar xərcləyib internet saytlarına süzgəclər qoyur və s. 2009-cu ilin məlum etiraz aksiyaları zamanı insanların SMS-ləşməsini əngəlləməkdən ötrü çeşidli vasitələrdən yararlanıldı.
Misirdə baş verən olaylardan sonra baş verənlərin İran əhalisinə də təsirsiz ötüşməyəcəyindən ehtiyatlanan İran hakimiyyəti ölkənin əksər şəhərlərində internetin sürətini aşağı salıb, yaxud xətləri tamamilə kəsib. Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil və Zəncan şəhərlərində bir neçə gündür internetin kəsildiyi haqda xəbərlər yayılıb. Eləcə də Tehranın əsas meydan və küçələrində mülki geyimli məmurların sayı artıb. Onların sayının artmasını tələbə təşkilatların fevralın 3 və 11-də (14 və 22 bəhmən) etiraz aksiyaları keçirməyə hazırlaşdıqları ilə əlaqələndirirlər.
Sədrəddin Soltan

479