Proqramın reytinq toplaması üçün 5 nəfər qətlə yetirilib
12 avqust 2009 18:00 (UTC +04:00)

Proqramın reytinq toplaması üçün 5 nəfər qətlə yetirilib

Verilişin aparıcısı, onun oğlu və polis əməkdaşı ağır cinayətlərdə təqsirləndirilirlər


Braziliyanın Amazonas əyalətindəki Manaus şəhərində yaşayan sabiq polis əməkdaşı və populyar televiziya aparıcısı, siyasətçi Vallac Souzanın müəllifi olduqları, 1989-cu ildən efirə çıxan, cinayət hadisələrindən bəhs edən “Canal Lıvre” adlı proqramın necə məşhurlaşdığı məlum olub.

Lent.az-ın məlumatına görə, aparıcı proqram çəkilişləri zamanı dəfələrlə hadisə yerinə polislərdən belə tez çatıb və qurbanların qorxulu görüntülərini yayımlayıb. Bu da proqramı və onun müəlliflərini məşhurlaşdırıb.

Ancaq keçən ilin oktyabrında Vallac Souzanın mühafizəçilərindən biri 9 cinayət hadisəsində suçlu bilinərək saxlanılıb. Bundan sonra proqram müəlliflərinin qara günləri başlayıb. Çünki mühafizəçinin öldürdüyü qurbanlardan birinin görüntüləri polis hadisə yerinə çatmamış “Canal Lıvre” proqramında yayımlanıb.


Polis proqramda yayımlanan ən səs-küylü 5 cinayətin Vallac Souzanın sifarişi ilə törədilməsi yönündə versiyanı araşdırır. Aparıcı narkotik qaçaqmalçılığında da şübhəli bilinir.

Vallac Souzanın evində aparılan axtarış zamanı 100 min avro və çoxlu silah tapılıb. Araşdırma çərçivəsində Souzanın oğlu və yüksək vəzifəli bir çox polis işçisi tutulub. Teleaparıcı isə hələlik toxunulmazlıq hüququ olduğuna görə saxlanmayıb.

Souzanın vəkili baş verənləri məqsədli şəkildə aparılan “qara piar” kimi dəyərləndirib.

Araşdırma davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar