Rusiya – Gürcüstan savaşından bir il ötür
Bu gün Rusiya – Gürcüstan müharibəsinin başlanmasından bir il ötür.
2008-ci ilin 8 avqustunda Gürcüstan tərəfinin Cənubi Osetiyada keçirdiyi hərbi əməliyyatlara Rusiyanın müdaxiləsindən sonra iki ölkə arasında savaşa start verilib.
Rusiyanın 58-ci ordusunun qoşunları separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə daxil olaraq, Gürcüstan qoşunları ilə döyüşə başlayıb. Rusiya təyyarələri isə Gürcüstanın paytaxtı Tbilisi və Qori şəhərlərini bombardman edib. Gürcüstan ərazisinə daxil olan Rusiya qoşunları Tbilisinin 40 kilometrliyinə qədər irəliləyib.
Bu savaşa Gürcüstan ərazisindəki digər qondarma dövlət – Abxaziya da hərbi dəstək verib. Abxaziya qüvvələri Gürcüstan polisini geri çəkilməyə məcbur edərək Abxaziyanın Kador dərəsinə nəzarəti gürcülərdən alıb.
Avqustun 12-də Avropa Birliyi missiyası vasitəçilik edərək atəşkəsə nail olub. Avqustun 26-da Kreml hər iki separatçı dövlətin müstəqilliyini tanıyıb. Rusiya və Gürcüstan öz qoşunlarını müharibədən əvvəlki mövqelərinə çəkmək barədə razılığa gəlib.
Müharibə nəticəsində Gürcüstan 228 mülki şəxs, 184 hərbi qulluqçunun öldüyünü və ya itkin düşdüyünü bildirib. Rusiya isə 64 hərbi qulluqçusunun və Cənubi Osetiyadan olan 162 mülki şəxsin öldüyünü açıqlayıb.

Oxşar yazılar

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü
5 iyun 2025 , 11:52
Tarixin ən isti ili nə vaxt olacaq?
5 iyun 2025 , 06:34
Rusiyalı model narkotik təbliğinə görə hakim qarşısına çıxarılır
5 iyun 2025 , 02:24
Tramp Putinlə danışdı
4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə yatacaq
4 iyun 2025 , 19:59
Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı
4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI
3 iyun 2025 , 21:12