“Pulumuzu verin....”
Rusiyanın Ukraynanın Sevastapol limanında qərarlaşan Qara dəniz Hərbi Donanmasının 172-ci konstruktor-texnki bürosunun 29 əməkdaşı əmək haqlarının ödənməməsinə etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyasına başlayıblar.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aclıq aksiyası keçirənlərin 22-si Ukrayna vətəndaşıdır.
6 ay əməkdaşlarının əmək haqqını verə bilməyən donanma onlara 2 milyon 200 min qriven borcludur. 172-ci konstruktor-texniki büro hələ 6 ay əvvəl işçilərini azad etmək niyyətinə düşsə də, onlara işdən çıxarılmaya görə birdəfəlik müavinət verməyə vəsait tapmayıb. Buna görə də həmin şəxslər qanuni olaraq yenə də əməkdaş statusundadırlar.
Büronun əməkdaşları da təsdiq edirlər ki, 1 il əvvəl Rusiya Müdafiə Nazirliyi ixtisarla bağlı onlara xəbərdarlıq edib, ancaq bununla bağlı rəsmi sənəd təqdim olunmayıb. Büro rəhbərliyi isə şərh verməkdən imtina edir.

681