Leysan və fırtına İstanbulu “sökür”
İstanbuldan qorxulu xəbərlər gəlir. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, fırtına ilə müşayiət olunan leysan yağışlar qəzalara yol açmağa başlayıb.
Şəhərin müxtəlif yerlərində baş verən qəzalar zamanı yaralananlar olub, ölüm halının ola biləcəyi də istisna edilmir. Topqapıdakı əsrlərlə yaşı olan tarixi divarlar da leysan yağış və fırtınaya qarşı dayana bilməyib. Divardan qopan qaya parçaları küçələrə düşüb.
Bursada isə durum daha qorxuludur. Güclü leysan yağışlar nəticəsində yaranan selin artıq 1 nəfərin ölümünə səbəb olduğu dəqiqləşib. Məktəblərdə bu gün və sabah tətil elan edilib. Bursa valisi riskli bölgələrdə yaşayanları yaxınlarının yanına getməyə çağırıb.
Leysan yağışların gələn həftənin əvvəlinə qədər davam edəcəyi gözlənilir.

570