Avropa üçün yeni kabus
11 oktyabr 2010 18:09 (UTC +04:00)

Avropa üçün yeni kabus

Macarıstandakı ekoloji fəlakətin üzərindən bir həftə keçməsinə baxmayaraq, Dunay çayı üçün kabus yeni başlayır.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, alüminium fabrikinin zəhərli tullantıları ilə dolu gölün bəndinin digər divarları da hər an uçma təhlükəsi ilə qarşı-qarşıyadır.

Bəndin uçmasının qaçılmaz olduğunu bildirən hökumət qurumları yeni bəndin qurulmasını sona çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Bəndin qarşısına qaya və torpaq toplanaraq 600 metr uzunluğunda, 5 metr yüksəkliyində və 6 metr dərinliyində yeni divar tikilir.
Çoxu könüllü olan 4 min nəfər 300 iş texnikasının köməyi ilə divarı sabaha qədər başa çatdırmağa çalışır. Mövcud divardakı çatların gedərək dərinləşdiyini və böyüdüyünü deyən rəsmilər hər an divarın uça biləcəyini bildirirlər. Üstdəki bənd uçarsa, 5-7 milyon ton qırmızı çamur Dunay çayına axacaq.

İlk qəzada ətrafa yayılan zəhərli tullantı miqdarının 800 ton olduğu açıqlanıb, çamur selində 7 nəfər dünyasını dəyişib, 120 nəfər yaralanıb. Macarıstan ekoloji fəlakətin miqyasının azaldılması, torpaq, su və hava mənbələrinə təsirinin öyrənilməsi məqsədilə Avropa Birliyindən mütəxəssis istəyib.

Əgər 7 milyon tona qədər zəhərli tullantı Dunay çayına axarsa, bu, Avropa üçün böyük ekoloji fəlakət olacaq. Çünki bu tullantı Avropanın ən böyük çayında canlı həyatı məhv edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar