Obama Geri addım atdı
01 aprel 2009 12:30 (UTC +04:00)

Obama Geri addım atdı

ABŞ prezidenti Türkiyənin müxalifət partiyalarının sədrləri ilə təkbətək görüşəcək

Aprelin 5-də Türkiyəyə səfər edəcək ABŞ prezidenti Barak Obama müxalifət liderləri ilə təkbətək görüşəcək.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Topdan açıqlama verib.

Qeyd edək ki, ABŞ prezidenti səfər çərçivəsində Türkiyənin müxalifət partiyalarının liderləri ilə görüşmək istəyib. O, səfər proqramı sıx olduğundan bütün müxalifət liderləri ilə bir yerdə görüşmək istədiyini bildirib. Ancaq Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı və Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Dəniz Baykal görüşdən imtina ediblər. Hər iki partiya sədri Obama ilə görüşə deyil, görüşün formatına etiraz etdiyini açıqlayıb. Onlar ABŞ prezidenti ilə təkbətək görüşmək istədiklərini deyiblər.
Onu da qeyd edək ki, Obama aprelin 6-da Türkiyə Böyük Millət Məclisində çıxış edəcək. Həmin gün o, Atatürkün məzarını ziyarət edəcək, prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Ankaradan İstanbula gedən Obama aprelin 7-də Türkiyədən ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326

Oxşar yazılar