Rusiya XİN ABŞ  vətəndaşlarının «qara siyahısı»nı hazırlayıb
08 dekabr 2012 07:43 (UTC +04:00)

Rusiya XİN ABŞ vətəndaşlarının «qara siyahısı»nı hazırlayıb

0
Rusiya Xarici İşlər Nazirliyi insan haqlarını pozan ABŞ vətəndaşlarının « qara siyahısını» tərtib edib.

Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, Dövlət Duması beynəlxalq məsələlər üzrə komitənin sədri Aleksey Puşkov deyib ki, adları həmin siyahıda olacaq Amerika vətəndaşları Rusiyaya buraxılmayacaq.

Qeyd edək ki, iki gün öncə ABŞ Senatı «Maqnitsk aktı»-nı qəbul edib. Hüquqçunun qətləində iştirak etmiş Rusiya məmurlarına həmin sənəddə maliyyə və Amerikaya giriş vizası yasağı qoyub. Bir müddət öncə Avroparlament rusiyalı məmurlara qarşı oxşar sanksiya tətbiq edib.

Qeyd edək ki, «Hermitage» fondunun keçmiş auditoru, hüquqçu Sergey Maqnitsk 2009-cu il noyabrın 16-da Rusiya istintaq təcridxanasında öldürülüb. O, vergidən yayınmaqda ittiham edilərək, tutulmuşdu. Bu olayadək isə Maqnitsk Rusiya dövlət büdcəsinin güc strukturları tərəfindən talan edildiyi faktını açıqlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 876

Oxşar yazılar