İranda 850 minə yaxın əfqan mühacir yaşayır
08 dekabr 2012 06:27 (UTC +04:00)

İranda 850 minə yaxın əfqan mühacir yaşayır

İranda qanunsuz bir milyona yaxın əfqan qaçqın yaşayır. Lent.az-ın İran informasiya vasitələrinə istinadən məlumatına görə, bu açıqlamanın İslam Respublikası Xarici İşlər Nazirliyi xarici mühacirlər departamentinin baş direktoru Əziz Kazımi verib.

Onun sözlərinə əsasən, Əfqanıstandan gələn belə qaçqınların çoxu ölkənin Qum, Tehran, Şiraz və Kirman əyalətlərində yaşayır.

İranda qanuni yaşayan əfqanların sayına gəlincə, o, onların 850 min nəfərə yaxın olduğunu deyib.

Baş direktor bildirib ki, yaxın günlərdə iki ölkənin vəzifəli şəxsləri İrandan yaşayan qanunsuz Əfqanıstan qaçqınları ilə bağlı özəl toplantı keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar