Çexiyada marixuananı apteklərdə reseptlə satacaqlar
08 dekabr 2012 05:19 (UTC +04:00)

Çexiyada marixuananı apteklərdə reseptlə satacaqlar

Çexiya parlamentinin deputatları apteklərdə marixuana və ondan hazırlanmış dərmanların reseptlərlə verilməsi haqda qanun layihəsini təsdiqləyiblər.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, sənədin müəlliflərindən biri, deputat Pavel Ben bunları söyləyib:«Onun əvvəllər qanunsuz olaraq, qəbul etmək məcburiyyətində olan pasientlərə tibbi məqsədlə verilməsi bu qanunda əks olunub».

Sözügedən qanun 2013-cü ildən qüvvəyə minəcək. Birinci il xaricdə istehsal olunmuş marixuana apteklərdə satılacaq, bir müddət sonra bazar Çexiyada hazırlanmış «məhsul» çıxarılacaq.

Mənbənin bildirdiyinə görə, Çexiyada az sayda marixuana becərmək, ondan istifadə və üstündə gəzidrməyə icazə verilib. Ancaq yeni qanunun qəbulunadək onu satmaq qadağan edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817

Oxşar yazılar