Malikiyə acıq edən Təlabanidən öz soydaşlarına müraciət
İraq prezidenti Cəlal Təlabani mərkəzi hakimiyyətlə ölkənin şimalındakı idarəçilər arasında yaranmış gərginliyin həll edilməsini istəyib.
Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, o, yazdığı açıq müraciətdə rəsmi Bağdadla şimaldakı idarəçiləri problemlərin danışıqlar yolu ilə həllinə çağırıb.
O, açıqlamasında şimaldakıların İraqda islahatın keçirilməsinə, rüşvətxorluğa qarşı mübarizə və bu sayaq məsələlərdə mərkəzi hökumətə yardım etmələrin istəyib.
İraqın şimalındakı idarəçilərin başçılarından biri Neçrivan Barzani də müraciətində problemlərin danışıqlar yolu, qanun çərçivəsində həllini istədiklərini, habelə Kərkükün inkişaf etməsini, orada «qardaşcasına yaşamağa hazır olduqlarını» bildirib.
İraqın Şimalındakı kürd yaraqlılarının açıqlamasına əsasən, onlar bölgədə böhran yaradacaq qüvvə olmayacaqlarını bildiriblər.
Xatırladaq ki, İraqın baş naziri Nuri əl-Maliki Kərkükün mərkəzi hakimiyyətə tabe olmasını istəyir. Hətta bunun üçün fəaliyyətə də başlayıb. Kürdlər də oxşar şərtlə tələ irəli sürüb.
Bir neçə gün öncə isə kürd milliyyətinə mənsub, prezident C.Təlabani baş nazirdən «açıq edərək» Bağdaddakı iqamətgahından çıxıb, ölkənin Süleymaniyyə şəhərinə getmişdi.
Yerli müşahidçilər C.Təlabaninin çıxış və ya müraciətinin mövcud problemi həll edə bilməyəcəyini söyləyiblər. Onların qənaətincə, bu İraq hökumətinə deyil, iki kürd liderinin biri-birinə müraciətidir.

Oxşar yazılar

Rumıniya dağlarında faciə
24 avqust 2025 , 12:05
ABŞ Ukraynaya belə icazə vermir
24 avqust 2025 , 09:23
Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb
24 avqust 2025 , 08:37
ABŞ Kiyevə 3350 ədəd uzaqmənzilli raket satmağa razılıq verdi
24 avqust 2025 , 05:35
Dünyanın ən aktiv vulkanı yenidən püskürdü
24 avqust 2025 , 03:35
“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar edə bilər
24 avqust 2025 , 01:01
Tanınmış bloger Arsen Markaryan Rusiyada saxlanıldı
23 avqust 2025 , 21:02