Əfqanıstan kəşfiyyatının başçısı yaralanıb
Əfqanıstan kəşfiyyat qurumunun başçısı Əsədulla Xalid intiharçının hücumuna məruz qalıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, yaralanıb. Olay Ə.Xalid paytaxt Kabulda mehmanxanalardan birində olarkən baş verib. İntiharçı orada üstünə bağladığı bombanı partladıb.
Kəşifiyyatçının yarası ilə bağlı məlumat yayılmayıb.
Baş vermiş olayın məsuliyyətini taliban öz üzərinə götürüb. Ə.Xalid prezident Həmid Karzayın ən yaxın adamlarından sayılır. Əvvəllər o, Qəndəhar əyalətinin başçısı olub.Rəqibləri onu dustaqların işgəncəyə məruz qalmasına icazə verməkdə suçlayırlar.
Ə.Xalid isə ünvanına söylənilən bütün ittihamları təkzib edib. Bununla belə 3 ay öncə o, kəşfiyyat qurumuna başçı təyin olunanda hüquq müdafiəçiləri rahatsızlıqlarını bildirmişdi.

Oxşar yazılar

Rumıniya dağlarında faciə
24 avqust 2025 , 12:05
ABŞ Ukraynaya belə icazə vermir
24 avqust 2025 , 09:23
Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb
24 avqust 2025 , 08:37
ABŞ Kiyevə 3350 ədəd uzaqmənzilli raket satmağa razılıq verdi
24 avqust 2025 , 05:35
Dünyanın ən aktiv vulkanı yenidən püskürdü
24 avqust 2025 , 03:35
“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar edə bilər
24 avqust 2025 , 01:01
Tanınmış bloger Arsen Markaryan Rusiyada saxlanıldı
23 avqust 2025 , 21:02