Rusiya da Əsəddən üz çevirdi
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı Ərdoğana Suriya prezidenti Bəşər Əsədin postunu tərk etməsi üçün çalışacağına söz verib.
Lent.az-ın verdiyi məlumata görə, “New York Times” qəzeti bunu Türkiyənin yüksək vəzifəli bir diplomatına istinadən yazıb.
Başqa sözlə, indiyə qədər BMT-də Suriyaya qarşı qərarlara veto qoyan Rusiya bundan sonra davranışını dəyişdirəcək. Vladimir Putin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana deyib ki, Bəşər Əsəd postundan öz istəyi ilə ayrılmaq niyyətində deyil.
Qeyd edək ki, Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla 5 saat davam edən görüşündən sonra keçirilən mətbuat konfransında deyib ki, Rusiya nə Suriyadakı rejimi dəstəkləyir, nə də onların vəkilidir, sadəcə, Suriyanın gələcəyindən narahatdır.
“New York Times” onu da yazıb ki, iki həftə əvvəl Rusiya rəhbərliyi tərəfindən Dəməşqə göndərilən diplomatlar Bəşər Əsədi qələbə və ölkədən qaçmaq ümidini itirmiş adam təəssüratı yaratdığını bildiriblər. “New York Times”-ə açıqlama verən “Qlobal Siyasətdə Rusiya” jurnalının baş redaktoru Fyodor Lukyanov bildirib ki, Bəşər Əsəd, öldürüləcəyini qəbul etmiş insan əhval-ruhiyyəsindədir. O, cəsarətli diplomatik təkliflərin Bəşər Əsədi postunu tərk etməyin zəruri olduğuna inandıracağını söyləyib: “Bəşər Əsəd bir tələyə düşüb. Əgər postunu tərk etməyə, qaçmağa çalışarsa, öz adamları tərəfindən öldürüləcək. Qalsa, onu düşmənləri öldürəcək. Bunun Rusiya və ya başqa ölkə ilə əlaqəsi yoxdur”.

Oxşar yazılar

Musson yağışları 242 nəfərin həyatına son qoydu
22 iyul 2025 , 23:09
Qadın eyni anda iki qardaşla evləndi
22 iyul 2025 , 18:04
Kommunist partiyasının sədrinin nəvəsi intihar etdi
22 iyul 2025 , 17:50
Kassir 2.4 milyon oğurlayıb plastik əməliyyata xərclədi
22 iyul 2025 , 15:12
Pələnglər 2 saata 3 nəfəri parçaladı
22 iyul 2025 , 12:18
60-dan çox eşşək arısı 2 yaşlı uşağı öldürdü
22 iyul 2025 , 11:06
Timsahlar valideynlərin gözü önündə uşağı parçaladı
22 iyul 2025 , 10:51