Ərdoğanın deputatı: “Məni ərimdən qoruyun...”
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ağrı vilayətindən deputat seçilən Fatma Salman Kotan və həyat yoldaşı İdris Kotan boşanmaq üçün Sincan Ailə Məhkəməsinə üz tutublar. Fatma Salman Kotan məhkəməyə növbəti müraciətində isə qorunması üçün dövlət tərəfindən mühafizəçi ayrılmasını istəyib. Məhkəmə İdris Kotana 6 ay Fatma Salman Kotana yaxınlaşmaması və narahat etməməsi ilə bağlı qərar verib. İdris Kotan məhkəmənin bu qərarını pozarsa, həbs ediləcək.
Mətbuatda əri tərəfindən döyülməsi barədə yayılan xəbərləri təkzib etməyə çalışan Fatma Salman Kotan məhkəmədən nə üçün mühafizəçi istəməsi barədə “Hürriyet”-in sualını isə cavablandırmaqdan imtina edib: “Səbəbini sizə niyə söyləyim? O, mənim özəl məsələmdir...”
Qeyd edək ki, 3 övladı olan Fatma Salman Kotan bundan öncəki dönəmdə də AKP-nin siyahısı üzrə millət vəkili seçilib. Fatma Salman Kotan parlamentdəki çıxışlarının birində anasını atasının oğlan uşağı dünyaya gətirməsi istəyi ucbatından 20 yaşında doğuş zamanı həyatını itirdiyini söyləyib və onun müraciəti əsasında parlamentdə erkən yaşda evliliklərin araşdırılması üçün alt komissiya yaradılıb. Fatma Salman Kotan özü də bu komissiyanın sədri seçilib.

Oxşar yazılar

Lukaşenkonun bu ölkəyə girişi həmişəlik qadağan olundu
24 iyul 2025 , 13:02
Film kimi OLAY: insanların pullarını alan səfir TUTULDU
24 iyul 2025 , 12:04
3 nəfəri parçalayan pələngə görə 18 məktəb BAĞLANDI
24 iyul 2025 , 11:35
Zavodda baş verən qəza altı tələbənin həyatına son qoyub
24 iyul 2025 , 06:54
Rusiya və Ukrayna İstanbulda razılıq əldə etdi
23 iyul 2025 , 22:43
Pitbull azyaşlı qızı ad günündə parçaladı
23 iyul 2025 , 16:04
10 il anasının meyiti ilə yaşadı
23 iyul 2025 , 15:20