Avropa İsrailə qəzəblənib
03 dekabr 2012 15:31 (UTC +04:00)

Avropa İsrailə qəzəblənib

İsrail tarixində ən ciddi diplomatik böhranla üzləşə bilər. Lent.az-ın “Haarets” qəzetinə istinadən verdiyi məlumata görə, İsrail baş naziri Benyamin Netenyahunun keçən həftə Qüds və Maale Adum arasındakı E-1 zonasında tikintiyə başlanılması barədə qərar verməsi Avropa dövlətlərini qəzəbləndirib.

İsrail hökumətinin bu ərazidə 3 min yeni tiklinin inşası barədə qərarından sonra Böyük Britaniya və Fransanın səfirləri İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Rafi Baraka zəng ediblər. Səfirlər bildiriblər ki, dövlətləri İsrailin bu qərarına ən sərt formada etiraz bildirməyə hazırlaşırlar, ən radikal addım ata bilərlər.

Hollandiya səfiri, Avropa Birliyinin və Almaniya səfirinin müavini də İsrail Xaric İşlər Nazirliyinə etirazlarını çatdırıblar. Böyük Britaniya və Fransa xüsusilə İsrailə qəzəblənib. Rəsmi Londonla Paris hesab edir ki, Benyamin Netenyahu hökuməti İsrailin Qəzza zolağında keçirdiyi “Tökmə Qurğuşun” əməliyyatı zamanı Avropa dövlətlərinin verdiyi dəstəyi qiymətləndirməyib və onların etimadından sui-istifadə edilib. E-1 zonasında tikintini qırmızı xəttin keçilməsi kimi dəyərləndirən Böyük Britaniya və Fransa hazırda Təl-Əvivdəki səfirlərini geri çağırmaq məsələsini müzakirə edirlər. Əgər bu iki dövlət səfirlərini geri çağırarlarsa, bu, İsrailin tarixində ən ciddi diplomatik böhran olacaq. London və Parisin səfirlərin geri çağırılması barədə qərarını bu gün qəbul edəcəkləri gözlənilir. Böyük Britaniya və Fransa ABŞ və Almaniyanın da İsrailə sərt reaksiya verməsinə nail olmağa çalışırlar. Dekabrın 7-də Benyamin Netenyahunun Berlinə rəsmi səfəri nəzərdə tutulub.

“Haarets” Avropadakı mənbələrə istinadən yazır ki, İsrailə qarşı başqa sanksiyalar da tətbiq edilə bilər. Bunların arasında İsrail-Avropa Birliyi seminarlarının ləğvi, İsrail istehsalı olan məhsulların alınmasına qadağa qoyulması da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35