Misirdə yeni Konstitusiya qəbul edilib
0
0
Misir Konstitusiya Assambleyası bu gün ölkənin yeni Konstitusiyasını bəyənib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, liberal və dünyəvi partiyalar yeni Konstitusiyanı etirazla qarşılayıblar, onun ölkənin milli maraqlarını təhdid etdiyini, dövlətin əsaslarını dağıdacağını bildiriblər.
Etiraz əlaməti olaraq həmin partiyaların nümayəndələri Konstitusiya Assambleyasının iclasını tərk ediblər. Səsvermə bütün gecə ərzində davam edib. Prezident Məhəmməd Mursi Konstitusiyanı 15 gün ərzində imzalamalı və daha sonra sənəd referenduma çıxarılmalıdır. Misir prezidenti Məhəmməd Mursi söz verib ki, əgər Konstitusiya referendumda qəbul edilməzsə, sənəd Konstitusiya Komissiyası tərəfindən yenidən yazılacaq.