BMT-dən qorxulu hesabat
Dünya okeanında su səviyyəsi proqnozlaşdırılandan daha sürətlə yüksəlir. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, BMT-nin proqnozlarından fərqli olaraq, dünyada sahil zonalarında yaşayan insanlar çox tezliklə subasma təhlükəsi ilə üzləşəcəklər.
Bu, BMT-nin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı Qətərdə keçirilən konfransında açıqlanıb. BMT-nin tövsiyəsi ilə Almaniyanın Potsdam İnstitutunun alimlərinin peyk məlumatlarına istinadən apardıqları tədqiqat nəticəsində məlum olub ki, son 20 ildə dünya okeanında suyun səviyyəsi hər il orta hesabla 3,2 mm yüksəlib. Bu artım tempi BMT ekspertlərinin proqnozlarındakı artım tempindən 60 faiz çoxdur.
Dünyada orta temperatur isə BMT-nin proqnozlaşdırdığı kimi artır. Bununla belə, buzlaqların sürətlə əriməsi sahil zonalarının batma təhlükəsinin artıq qaçılmaz olduğunu ortaya qoyur. Peyk müşahidələri son vaxtlar Arktikada görünməmiş səviyyədə buzlaqların əridiyini göstərir. Məsələn, 2007-ci illə müqayisədə Şimal qütbündə buzlaqların həcmi 18 faiz azalıb. Ümumdünya Meteorologiya Təşkilatının sədri Mişel Jarro bu tendensiyanı atmosferə istilikxana qazlarının atılmasının davam etməsi ilə əlaqələndirib.

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü
26 iyul 2025 , 06:52