Dağlıq Qarabağ məsələsində ermənilər Türkmənistandan istifadə edir
Ermənistan məclisinin sədr müavini Eduard Şarmazanov noyabrın 28-də türkmənistanlı həmkarı Qurbanqul Bayramova ilə görüşüb.
Lent.az-ın «Novosti-Armenii»-yə istinadən məlumatına görə, danışıqlar zamanı tərəflər iki dövlət arasında münasibətin «dostluq səviyyəsində» olduğunu vurğulayıb. «Bu səfər əməkdaşlığın dərinləşdirilməsi üçün yeni təkan verəcək»-deyə, məclis rəsmiləri bildirib.
Parlamentlərarası münasibətdən danışarkən, Şarmazanov bildirib ki, bu sahədə fəaliyyət də əməkdaşlığın güclənməsinə xidmət edəcək.
O, Türkmənistanın tərəfsizliyinin vacibliyini qeyd edərək, çeşidli məsələlərdə, o cümlədən Dağlıq Qarabağ məsələsində də rəsmi Aşqabadın uyğun addım atacağının vacibliyini deyib.
Ermənistan təmsilçisi Türkmənistanda 20 min erməninin yaşadığını və ölkə rəhbərliyinin onlara qayğı göstərdiyini də bildirib.
Q. Bayramova öz növbəsində ermənilərə qəbul üçün təşəkkür etdikdən sonra deyib: « İki ölkə energetika, kimya sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq etməsi üçün çox geniş imkanlara malikdir. Türkmənistanın tərəfsizliyinin dəyişməzliyinə əmin ola bilərsiniz. İlk növbədə bu problemi münaqişə tərəfləri öz aralarında həll etməlidir».

1344