Dərbənd meri Putinin fərmanına etiraz etdi
Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, Dərbənd şəhərinin meri İmam Yarəliyev açıqlamasında bu qədim şəhərin ən azı 5000 yaşının olduğunu qeyd edib.
Yarəliyev bildirib ki, dərbəndlilər şəhərin 5000 yaşının qeyd olunmasına hazırlaşdıqları bir vaxt, bu fərman təəssüf doğurur.
“Rusiya Elmlər Akademiyasının (REA) müvafiq qaydalarına görə, yaşayış məskənlərinin yaranma tarixlərinin qeyd edilməsi müvafiq komissiyanın rəyindən sonra qərara alınır. Bütün Dağıstanın Dərbəndin 5000 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxtda bu qərar təəssüf doğurur. Biz, REA-ya Dərbəndin daha qədim tarixə malik olduğu barədə tarixi sübutlar təqdim etmişdik. Görkəmli akademik Aleksandr Kudryavtsev, YUNESKO-dan olan nümayəndələr belə bizi dəstəkləmişdi. Çox təəssüf ki, REA-da şəhərin yaranma tarixini təhrif etdilər. Bu məsələdə professor Murtuz Hacıyevin canfəşanlığı bizə aydın deyil. Hacıyev Dərbəndin guya 2000 də yox, 1458 yaşı olduğunu sübut etməyə çalışırdı. Biz Almaniya, Fransa, İsrail və digər ölkələrdən, YUNESKO-dan, arxeoloqlardan ibarət beynəlxalq ekspedisiya qrupunu Dərbəndə dəvət edirik. İnanıram ki, Dərbəndin 2000 yox, 5000 yaşı olduğunu sübut edəcəyik” - deyə o, bildirib.
Səbuhi Məmmədli

Oxşar yazılar

Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24