Gürcüstanda əfv olunanlar arasında çoxlu azərbaycanlı var
Bu gün Gürcüstanda “Giorqoba” (“Giorgi Günü”) bayramıdır. Gürcüstan prezidenti bu əlamətdar gün münasibəti ilə 519 nəfər məhbusu əfv edib. Bu sözləri APA-nın Gürcüstan bürosuna prezident yanında “Əfv” komissiyasının sədri Yelena Tevdoradze deyib.
Onun sözlərinə görə, 519 məhbusdan 50 nəfərinin cəza müddəti yarıya azaldılıb. “Əfv olunanlar arasında çoxlu azərbaycanlı var. Amma onların sayı dəqiq yadımda deyil. Qeyd edim ki, biz narkotikdən istifadə edən azərbaycanlıları da azad etmişik, bu gündən onlar evlərinə buraxılıblar. Bir də rüşvət alan, sərhədi qanunsuz keçən və cəza alan azərbaycanlıları da əfv siyahısına daxil edərək, onları da bağışlamışıq.”
Y. Tevdoradzenin sözlərinə görə, əfv olunanlar içərisində 43 nəfər qadın var. “Onlardan 9 nəfərinin cəzası yarıya azaldılıb. Komissiya 1400 məhbusun ərizəsinə baxıb. Bu dəfə qəbul olunan ərizələrin içərisində yeniyetmələrin ərizəsi olmayıb. Biz növbəti komissiyanın növbəti yığıncağını Yeni ildə keçirməyi nəzərdə tutmuşuq. Yenə də bir çox məhbusu əfv edəcəyik.”

Oxşar yazılar

Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24