Avropa Birliyi yeni büdcəni müzakirə edir
22 noyabr 2012 20:53 (UTC +04:00)

Avropa Birliyi yeni büdcəni müzakirə edir

Avropa Birliyi liderləri Brüsseldə qurumun 2014-2020-ci illlər üçün büdcəsini müzakirə edir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, tərəflər arasında bu məsələyə dair müəyyən anlaşılmazlıq var.

Avropa komissiyası büdcənin 5 faiz artırılmasını təklif edir. Bununla belə qurumun prezidenti Xerman van Rompey isə xərclər bölümünün azaldılması təklifini irəli sürüb.

Britaniya, İsveç və Niderland daha kəskin mövqe tutur. Onlar sərt büdcə iqtisadiyyatı mərhələsində büdcənin artırılmasının qəbuledilməz sayır. Birliyin başqa üzvləri isə hesab edir ki, qurumun funksiyaları genişlənir, buna görə də ona uyğun olaraq, yeni büdcə təsdiqlənməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar