Ermənistanın sabiq xarici işlər naziri istintaqa çağırıldı
0
0
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Sona Truzyan Vardan Oskanyanın oktyabrın 8-də istintaqa ifadə verməli olduğunu bildirib.
O, elə həmin gün Vardan Oskanyana ittiham elan olunacağını da istisna etməyib.
Qeyd edək ki, keçən həftə Ermənistan parlamenti Baş Prokurorluğun müraciəti əsasında Vardan Oskanyanın deputat toxunulmazlığını ləğv edib. Varlan Oskanyan “Sivilitas” Fondunun vəsaitlərini mənimsəməkdə günahlandırılır. Bu Fond 2008-ci ildə Vardan Oskanyan tərəfindən təsis edilib. Çiçəklənən Ermənistan Partiyasının sıralarına daxil olan Vardan Oskanyan bu il mayın 6-da keçirilən parlament seçkiləri ərəfəsində o, Fondun sədri postunu tərk edib.