Təbrizdə gərginlik
0
0
Təbrizdə siyasi vəziyyət gərginləşib. Təbrizdəki soydaşlarımızın lent.az-a verdikləri məlumata görə, son iki gündə şəhərə nəzarət edən təhlükəsizlik əməkdaşlarının sayı artıb.
Ölkədəki maliyyə böhranı ilə bağlı etiraz aksiyalarında iştirak edən 8 nəfər şəhərin Darai prospektində tutulub.Təbriz bazarında da bir neçə nəfərin həbs edildiyi bildirilib.Bundan başqa, dollar hərracı ilə məşğul olan şəxsıər saxlanılıb və onlardan ABŞ valyutası müsadirə edilib.
Qeyd edək ki, ötən gün Tehran prokurorluğu bəyanat yayaraq ölkədə yaranmış valyuta qalmaqalı ilə bağlı 16 nəfərin tutulduğunu bildirib. Bəyanatda tutulanların kimliyi açıqlanmasa da, onların bank şəbəkəsi xaricində «iri miqyasda valyuta alış-verişi ilə məşğul olmaqda, valyuta qaçaqmalçılığında, valyuta bazarının fəaliyyətinə xələl gətirməkdə, ictimai asayişi pozmaqda və qanunsuz yollarla var-dövlət əldə etməkdə» günahlandırıldığı da vurğulanıb. Prokurorluq bildirib ki, valyuta bazarında təxribat törətdiyi üçün daha bir neçə nəfərin axtarışdadır.
Xatırladaq ki, bu gün Ərdəbilin böyük banklarından biri də tamamilə yanıb. Bankda yanğının başvermı səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Sədrəddin Soltan