“Əsgərlər, tanklar, toplar üzü Suriyaya doğru düzlənib” – EKSKLÜZİV AÇIQLAMA
04 oktyabr 2012 14:29 (UTC +04:00)

“Əsgərlər, tanklar, toplar üzü Suriyaya doğru düzlənib” – EKSKLÜZİV AÇIQLAMA

“Bir qədər əvvəl Suriyadan atılan mərmi nəticəsində dünyasını dəyişən Zəlihə, Zeynəb, Ayşəgül və Fato Timuçinlər, habelə Gülşah Özər dəfn edildi. Qəsəbədəki məktəblərdə dərslər dayandırılıb. İnsanlar Akçakalanı tərk etmək məcburiyyətindədir”. Bunu Lent.az-a qəsəbə icra nümayəndəliyindən Mustafa Güclü bildirib.

Mustafa bəyin dediyinə görə, hazırda qəsəbə və Suriya ilə sərhəddə vəziyyət çox gərgindir. Məlumata görə, Türkiyə silahlı qüvvələrinin ikinci ordu komutanı Galib Mendi, Şanlıurfa valisi Cəlaləddin Güveç, Şanlıurfa vilayətinin polis rəisi Mehmet İlkoğlu, habelə Şanlı Urfa CHP millət vəkilləri qəsəbədədir.

“Bir azdan birinci ordu komandanının da Akçakalaya gəlməsi gözlənilir. Hazırda sərhədə əsgəri heyət, toplar, zirehli texnika yerləşdirilir. Türkiyə ordusu Suriya istiqamətinə doğru düzlənib. Hamı qərar gözləyir” - deyə, Mustfa Güclü bildirib.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5974

Oxşar yazılar