Qadın və kişi beyninin FƏRQLƏRİ
14 dekabr 2022 10:51 (UTC +04:00)

Qadın və kişi beyninin FƏRQLƏRİ

Qadın və kişilərin bioloji cəhətdən bir-birindən necə fərqləndiyi uzun illər müxtəlif araşdırmaların mövzusu olub. Hətta əsrlər boyu menstruasiya dövrü olan qadınların bədənləri kişi əsaslı tibbi araşdırmalarla başa düşülməyə çalışılır və bu da müxtəlif anlaşılmazlıqlara səbəb olur. Yeni nevrologiya tədqiqatları bioloji fərqləri daha obyektiv şəkildə aşkar etməyə vəd edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Klinik nevroloq və psixiatr Dr. Daniel Amen komandası ilə beyindəki qan axını və sinir fəaliyyətini ölçən SPECT scan metodundan istifadə edərək araşdırma aparıb.

Dr. Amen 25.000-dən çox kişi və qadının 46.000 beyin SPECT fəaliyyətini müqayisə edib. Bu tədqiqat indiyə qədər aparılan ən böyük funksional nevrologiya tədqiqatlarından biri hesab olunur.

Lent.az Amen Clinics komandası tərəfindən aparılan araşdırmada əldə edilən nəticələr təqdim edir:

1. Qadınların beyni daha çox məşğuldur.

Yəqin ki, kişilərin daha düz, qadınların isə daha mürəkkəb düşündüyü kimi deyimlər eşitmisiniz. Araşdırmada beynin 80 fərqli bölgəsi təhlil edilib. Məlum olub ki, bu 80 fərqli bölgənin 70 faizi qadınlarda daha yüksək aktivlik nümayiş etdirir. Tədqiqatçılar bunu kişilərin beyninin daha "sakit" olması kimi şərh edirlər.

2. Kişilərin ön beyni daha yuxulu olur.

Beynimizin ön hissəsində yerləşən prefrontal korteks (PFC) proqnozları, impulslara nəzarət, empatiya kimi funksiyaları idarə edir. Araşdırmada PFC bölgəsində qadınlara nisbətən daha az aktivlik müşahidə ediblər. Burada daha az fəaliyyət daha impulsiv olmaqla əlaqələndirilir və tədqiqatçılar bunu kişilərin işdə və gündəlik həyatda daha çox riskə getmə ehtimalı ola biləcəyi kimi şərh edirlər.

Eyni bölgə ilə bağlı başqa bir təəccüblü məlumat: Yeniyetmələrin daha çox “dəli cəsarət”ə sahib olmasının səbəbi bu prefrontal korteksin hələ inkişaf etməməsi ilə izah edilir. Beyin inkişafı arxa hissələrdən ön hissələrə doğru irəlilədikcə, frontal lob və onunla əlaqəli beyin bölgələri ən son inkişaf edir. Bəzi araşdırmalar bu inkişafın 25 yaşa qədər davam edə biləcəyini ortaya qoyur.

3. Dişli mexanizmlər kişi və qadın beyinlərində fərqli işləyir.

Beynin ön hissəsində anterior singulat girus (ACG) adlanan hissə beynin "dişli mexanizmi" olaraq təyin olunur. Diqqətimizi bir mövzudan digərinə köçürməyə və hər hansı bir şeydə qüsurları aşkar etməyə imkan verən ACG intensiv şəkildə aktivləşdirildikdə, biz mənfi fikirlər və ya davranışlara ilişib qalmağa meylli oluruq. Amen Clinics araşdırması göstərdi ki, "beynin narahatlıq mərkəzi" olan ACG qadınlarda daha çox aktivləşir. Bu, kişilərin və qadınların müxtəlif yollarla narahat ola biləcəyi barədə fikir verir. Doktor Amensin araşdırmasına görə, qadınlarda həyəcan verici bir fikir tez başqaları ilə əlaqə yarada bilər. Kiçik dozalarda olan narahatlıq qadınları o qədər stressə salar ki, beyin və bədənə zərər versin. Kişilərin narahatlıqları daha çox təmkinli olur və onlar öz problemlərini hissələrə bölürlər.

4. Qadınlar intuisiyalarını beyinləri ilə idarə edirlər.

Beynimizin frontal dərinliklərində yerləşən insula "intuisiyamız"la əlaqəli bir sahədir. Kənardan aldığımız fiziki hissləri və şüur altımızda olan düşüncələri tərcümə etməkdə, parçaları birləşdirib məna yaratmaqda rol oynayır. Qadınlarda insula sahəsinin kişilərdən daha böyük olduğunu görən tədqiqatçılar bunun qadın intuisiyasının niyə daha güclü olduğunu izah edə biləcəyini söyləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4077
avatar

Fidan İlqar

Oxşar yazılar