“Ərinin öldürdüyü” qadın  7 il sonra başqa kişi ilə sağ tapıldı
18 dekabr 2022 12:47 (UTC +04:00)

“Ərinin öldürdüyü” qadın 7 il sonra başqa kişi ilə sağ tapıldı

Qətlə yetirildiyi hesab edilən Hindistan sakini itkin düşəndən 7 il sonra Racastan ştatında sağ tapılıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hindistanlı qadını öldürməkdə şübhəli bilinən ərindən ittihamlar götürülüb.

2015-ci il sentyabrın 8-də Aarti Devi atası Suraj Prakaş Quptanın xəbəri olmadan Sonu Saini ilə evlənib. Ata qızının itməsi ilə bağlı polisə ərizə verib. O zaman 25 yaşında olan Devinin əqli qüsuru olduğu bildirilib.

Uttar-Pradeş ştatının polisi Mathura şəhərində kanalda qadın cəsədi tapıb. Yarılma aparılmayıb və polis meyiti yandırıb. Polis Quptaya ölən qadının fotoşəkillərini və geyimlərini göstərib. Kişi onu qızı kimi tanıyıb.

2016-cı ilin mart ayında hindistanlı qadının yoxa çıxması cinayət işi kimi yenidən təsnif edilib. Bu faktla bağlı üç nəfər saxlanılıb: Devinin əri Sonu Saini və onun ortaq olduğu iddia edilən şəxslər: Bhaqvan Sinq və Arvind Patak.

Saini və Sinq istintaq zamanı həbs edilərək müvafiq olaraq 18 ay və doqquz ay həbs ediliblər. Polis şübhəlilərin tutulmasına görə 15 min rupi (300 manatdan çox) mükafat alıb.

Saini zaminə buraxılanda polisə gedib və bildirib ki, toydan bir həftə sonra Devi torpağın ona verilməsini və pulunun ödənilməsini tələb edib. Kişi bundan imtina edib, bundan sonra qadın evi tərk edərək yoxa çıxıb. Əri onu tapmağa çalışsa da, nəticəsi olmayıb.

Hər iki müttəhim həbsxanadan çıxdıqdan sonra Devini axtarmağa gediblər və onu ikinci əri ilə birlikdə yaşadığı Racastan ştatının Dausa şəhərində tapıblar. Polis qadını saxlayıb. Devi mühakimə olunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7377
avatar

Oxşar yazılar