88 yaşlı kişi 32 yaşlı qadınla evləndi:  Ərini də gətirdi
19 oktyabr 2021 18:32 (UTC +04:00)

88 yaşlı kişi 32 yaşlı qadınla evləndi: Ərini də gətirdi

Türkiyədə qeyri-adi hadisə baş verib.

Lent.az yerli KİV-ə istinadən məlumat verir ki, ATV-də yayımlanan Esra Erol proqramının qonağı olan 88 yaşlı Ali Rıza Pamuk studiyada insanları təəccübləndirib. 32 yaşındakı Zeynəb adlı qadınla evləndiyini deyən Ali Rza, arvadının keçmiş ərinin də onlarla birlikdə yaşadığını bildirib. Keçmiş evliliyindən iki övladı olan Zeynəb  uşaqlarını da özü ilə birlikdə gətirib.

Artıq 7 aydır birlikdə yaşayan bu “ailə” birlikdə çox mehriban olduqlarını da etiraf edib.

“Mən Zeynəb xanımla evin yuxarı mərtəbəsində qalıram. Həyat yoldaşımın keçmiş əri və uşaqları isə alt mərtəbədə yatıb-dururlar”.

Ali Rıza Pamuk bu ailəni sevdiyini, “nəvəm, qızım və oğlum onlar olub” , - deyir. Amma bu xoş günlər mayın 20-nə qədər sürüb.

Zeynəb xanımın keçmiş həyat yoldaşının evdən köçməsini istəyən, amma planları alt-üst olan Pamuk canlı yayımda çarə axtarıb.

"Dedim ki, sən mənim nəvəmsən, uşağımsan. İnandırdılar məni. Hər şeyi onlara vermək istədim. Evimi Zeynəbə buraxdım. Protokola imza atdıq. Dedi ki, ölənə qədər mənə qulluq edəcək. Sonra ona qızıl aldım. Çox sevindi. Mən də onların xoşbəxt olmasını istəyirdim. Çünki ölənə qədər mənə baxacaqdılar. Bizim razılığımız belə idi. Nə evləri var, nə də gəlirləri. Onlara kömək etmək istədim. Ona görə də vətəndaş nikahına girdik".

Protokola əməl olunmadığı üçün evini geri istəyən Ali Rıza Pamuk boşanmaq istədiyini açıqlayıb.

“Nikahdan sonra vəziyyət əvvəlki kimi olmadı. Mənə daha əvvəlki kimi yaxşı baxmadılar”.

Proqrama telefonla qoşulan Zeynəb isə deyib:

"Biz ona mükəmməl baxırdıq. Sonra bizə qulluq etməyimiz şərtiylə pul verdi".

 

 

 

 

 

 

# 22413
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar