Pərviz Bülbülə
06 iyun 2024 17:53 (UTC +04:00)

Pərviz Bülbülə

Pərviz Bülbülə kimdir? - Mədrəsədən meyxanaya transfer edən şən dülgər

Lent..az “Biqorafiya” rubrikasında bu dəfə meyxanaçı, müğənni Pərviz Bülbülə barədə məlumat verir. Hər zaman hacırcavablığı, şən və məzəli deyimləri ilə fərqlənən meyxanaçı barədə maraqlı faktları təqdim edirik.

-  Pərviz Bülbülənin əsl adı, soyadı necədir?

Rəsmi sənədlərdə Pərviz Bülbülənin adı Məmmədov Pərviz Eldar oğlu kimi yazılıb.

- Pərviz Bülbülə nə zaman və harada anadan olub?

Pərviz Bülbülə  1985-ci il aprelin 1-də  Bakının bülbülə kəndində anadan olub və orada böyüyüb.

-  Pərviz Bülbülə hansı təhsili alıb?

Pərviz Bülbülə Suraxanı rayonunda 208 nömrəli məktəbdə oxuyub. Ali təhsili yoxdur. Lakin uşaqlıqan Bülbülə kəndində mədrəsə təhsili alıb. Öz dediyinə görə ilk qazancı mollalıqldan olub. O qatıldığı teleproqramların birində 16 yaşında  mədrəsə bitirdiyini deyib:

“Bülbülə kəndində mədrəsə bitirmişəm. “Quran” müsabiqəsində qalib olmuşdum. 17 yaşım vardı, nənəm söylədi ki, sən “Qurani-Kərimi” öyrənmisən, get dünyasını dəyişən qohum-əqraba üçün “Quran” oxu. Getdim, oturdum və oxudum. Bundan sonra bir ailənin başçısı mənə yaxınlaşdı ki, bizim dünyadan köçənlərimiz üçün də “Quran” oxuya bilərsən? Razılaşdım. Həmin şəxs cibimə iki ədəd 50 minlik (o vaxtkı pulla) qoydu. O pula evimizə xalça alıb divardan asdım. Hələ də durur”. 

- Pərviz Bülbülə kimlərlə duet oxuyub?

Pərviz Bülbülənin ən məşhur duet ortaqları Türkan Vəlizadə və Damladır.

“Hansı müğənninin səsi yaxşıdırsa, ona duet ortağı təklifini özüm edirəm. Məşhur sənətçilərdən hələ ki duet təklifi olmayıb. Tanınmayan müğənnilərə isə mən başa sala bilmirəm ki, gərək onların səsini mən bəyənəm”, - deyə o müsahibələrdən birində bildirib.

- Pərviz Bülbülə necə məşhurlaşıb?

Pərviz Bülbülə ABS  telekanalında yayımlanan “De gəlsin” meyxana verilişi ilə üzə çıxıb.

- Pərviz Bülbülənin  meyxanda ustadları kim olub?

Pərviz Bülbülə bu suala belə cavab verib:

“Bu sənətdə müəllimim olmayıb. Sadəcə olaraq Ağamirzədən, Kərimdən, Məşədi Babaya baxa-baxa, hərəsindən bir az nəsə öyrənib, sənətə gəlmişəm. Formalaşıb, öz üslubumu tapmışam. Nəinki mənim, heç bir meyxana deyənin müəllimi yoxdur. Bu gün sənətdə olan insanlar var, onların yolunu davam etdirmək borcumuzdur. Bu günə qədər sənətdə mənə yol göstərən olmayıb. Deməyiblər ki, onu et, bunu eləmə. Əgər mən meyxananın yolunu bilmirəmsə, niyə meyxanaçıyam? Şagirdlər özünə ustad seçirlər. Bu günləri sırf mənə baxıb, mənim kimi meyxana deyənlər var. Amma məsləhət görərdim ki, bunu eləməsinlər. Çünki bunu edən adam özünü tapa bilməz. Heç vaxt deməmişəm ki, bir insan mənə nəyisə öyrətsin. Bəlkə bu gün ustadlarımız da razıdırlar ki, meyxanaya yalnız dəstək olmuşam. Meyxananı sevdirməkdən başqa heçnə eləməmişəm. Bu günə qədər deyən olmayıb ki, ay Pərviz, sən hardan gəldin, sənə görə meyxanaya qulaq asmıram. Əksinə, mənə görə meyxananı sevənlər olub”.

- Pərviz Bülbülənin tələbələri var?

Pərviz bülbülə bu  suala cavab olaraq bildirib ki, sənətinin sirlərini kiməsə öyrətmək fikrində deyil:

“Tələbələrim yoxdur. Müraciət edəndə də deyirəm ki, hələ özüm öyrənirəm. İnsan öyrənə-öyrənə kiməsə nəsə öyrədə bilər? Yox. Hər gün yeni bir sirr açılır. İstehsalla, istedad sözünün fərqi var. İstehsalı öyrənmək olar. Amma öz istedadımı qarşımdakına öyrədə bilmərəm".

- Pərviz Bülbülə neçə yaşından meyxana deyir?

Pərviz Bülbülə  müsahibələrindən birində 11 -12 yaşından məhəllə uşaqları ilə tində oturub meyxana dediklərini açıqlamışdı. 

- Pərviz Bülbülə başqa hansı peşənin sahibidir?
 
Pərviz Bülbülə  bu suala cavab verərək deyib ki, yaxşı mebel ustasıdır:

“Əvvəllər meyxanaçılıqdan yox, dülgərlikdən pul qazanmışam. Gözəl mebel yığmağı bacarmışam, elə indi də bacarıram. Amma dülgər işlədiyim dövrdə meyxana deməyi də sevirdim. Sadəcə istəmirdim ki, pul müqabilində meyxana deyim. Pulumu dülgərliklə qazanırdım, meyxananı isə sevdiyimə görə deyirdim. Ta o vaxta qədər ki, meyxana özü mənə dedi ki, daha bəsdir, dülgərliyi bir kənara qoy. 13-14 yaşımdan yaxşı  meyxana deyə bilirdim. İndi də çox istərdim ki, balaca bir məkanım ola, özüm dülgərlik edim. Burada eyib bir şey yoxdur, mən bu sənətdən çörək qazanmışam. Meyxanadan ilk qazandığım pul isə mənə çox qəribə gəlmişdi”. 

- Pərviz Bülbülə ailəlidir?

Pərviz Bülbülə ailəlidir və onun iki övladı var. Bir qız, bir oğul atasıdır.

- Pərviz Bülbülə niyə myxanaçılara ikiüzlü deyib?

Pərviz Bülbülə bu fikrə belə aydınlıq gətirib: “Əlində mikrofon varsa, meyxana deyirsənsə, orada birüzlülükdən əsər-əlamət ola bilməz. Meyxana deyən adamın obraza girməyi normaldır.

"Təzə başlayanda mimika ilə, müəyyən hərəkətlərlə meyxana deyirdim. Bu, bəzi meyxanaçıların xoşuna gəlmirdi. Sonra həmin adamlar dövlətdən ad almaq üçün çalışdılar”- deyib.

- Pərviz Bülbülə ilə həbsdə olan meyxanaçı Rəşad Dağlının münasibətləri necədir?

“Bir meyxanaçı dedi ki, Rəşaddan sonra mənim üçün meyxana yoxdur. Cavab verdim ki, belədirsə, mikrofonu yerə qoy, nə toylara get, nə də pul qazan. Bu meydandır, hər kəsin öz yeri var”, - deyə meyxanaçı söyləyib.

- Pərviz Bülbülə sosial şəbəkələrdə aktivdir?

Pərviz Bülbülə bildirib ki, sosial şəbəkədə hər kəsi izləyir:

“Kiməsə baxıb nəsə etməyi xoşlamıram. Həmişə fikirləşmişəm ki, nə edim ki, mənə baxıb onu etsinlər. Mən özümü “dartmıram”. Adi “İnstagram” səhifəsində hamını izləyirəm. Özümdən zəifi də izləyirəm ki, nəsə tapanda o deməsin ki, mən onu etmişəm”.

- Pərviz Bülbülənin meyxana dinləmirəm deyənlərə münasibəti necədir?

Pərviz Bülbülə bu barədə də belə deyib. O meyxanalara gizlin qulaq asıb, “meyxana dinləmirəm” deyənlərə sərt ismarış da göndərib:

“Bizi dinləməyən adam yoxdur. Hamı bizi dinləyir. Sadəcə bilmirəm, bu nə xasiyyətdir? Meyxana, elə bil ki, əstəğfurullah, 18+ kadrdır, hamı baxır, heç kim boynuna almır. Kiməsə qulaq asmaqdansa bizə qulaq asmaq daha abırlıdır”.

- Pərviz  Bülbülə toylara neçəyə gedir?

Pərviz Bülbülənin toy qiymətləri 2000-3000 manat arasında dəyişir.

- Pərviz Bülbülə Türkan Vəlizadə ilə sevgilidir?

Həm Türkan, həm Pərviz bu suala həmişə qeyri-dəqiq cavablar verirlər. Bir aralar  onların bir övladının olması barədə də şaiəyələr dolaşsa da, tərəflər buna aydınlıq gətirmədilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 46638
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar