
Ermənistandan Azərbaycana keçirilən muzdlu terrorçu HƏBS EDİLDİ - DTX

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycanın işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Təhlükəsizlik Xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalarla Livan vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycanın işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda araşdırmalar davam edir.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Maşın vuran Bakı sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
21 yanvar 2021 , 07:04
Bakıda qadını avtomobil vurdu
21 yanvar 2021 , 05:26
Bakıda “BMW” dekorativ ağaclara çırpıldı - FOTO
21 yanvar 2021 , 02:03Avtomobil kanala aşdı: sürücü ölüb - FOTO
20 yanvar 2021 , 18:30
Ağsu aşırımında hərəkət ÇƏTİNLƏŞDİ-FOTOLENT
20 yanvar 2021 , 15:06
Azərbaycanda bələdiyyə sədri İSTEFA VERDİ
20 yanvar 2021 , 14:50
Süni maketlərlə ov edən ovçular tutuldu
20 yanvar 2021 , 12:22
Gizlin restoran işlətmək icarədara baha başa gəldi
20 yanvar 2021 , 12:20