İranda koronavirus daha 362 nəfəri öldürdü
02 dekabr 2020 15:29 (UTC +04:00)

İranda koronavirus daha 362 nəfəri öldürdü

İranda ötən sutka ərzində 362 nəfər koronavirusdan (COVİD-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 48990 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13621 nəfər koronavirusa yoluxub.

Beləliklə, İranda bu virusa yoluxanların sayı 989572 nəfərə yüksəlib.

# 913
avatar

Oxşar yazılar