Bakıda iki nəfəri avtomobil vurub
02 dekabr 2020 03:26 (UTC +04:00)

Bakıda iki nəfəri avtomobil vurub

Bakının Xətai və Suraxanı rayonlarında iki nəfəri avtomobil vurub.
APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.
1971-ci il təvəllüdlü Hüseynova Səidə Elxan qızını naməlum markalı avtomobil vurub. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Digər yol nəqliyyat hadisəsi Əhmədli qəsəbəsində baş verib.
Belə ki, yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Süleymanlı İmaməddin Namaz oğlunu avtomobil vurub.
O, xəstəxanaya yerləşdirib.

# 1180
avatar

Oxşar yazılar